"Qərb Ermənistandan il sonuna qədər sülh müqaviləsini imzalamağı tələb edib" - KİV

"Qərb Ermənistandan il sonuna qədər sülh müqaviləsini imzalamağı tələb edib" - KİV
Qərb ölkələri Ermənistandan ilin sonuna qədər sülh müqaviləsi imzalamağı tələb ediblər.
Erməni KİV-ləri xəbər verir ki, bu məsələ oktyabrın 6-da Praqada keçirilən qapalı iclasda müzakirələr olunub.
"İlham Əliyev müqavilənin noyabrın 9-da imzalanmasını təklif edib. İki il əvvəl, məhz bu gündə erməni tərəfi kapitulyasiyaya imza atdı və indi də Azərbaycanın zəfərini təkrarlamaq istəyir.  Paşinyan buna etiraz edib. O deyib ki, ermənilər üçün bu gün məğlubiyyətlə bağlıdır", - məlumatda deyilir.
Bundan başqa, qeyd olunub ki, Paşinyan görüşdə Azərbaycan ordusunun sentyabr hadisələrindən sonra əldə etdiyi yüksəkliklərdən geri çəkilməsini istəyib, əks halda sazişi imzalamayacağını bildirib.  Əliyev də öz növbəsində Azərbaycana Mehri vasitəsilə dəhliz verilməsini tələb edib. 
Gundelik-Baku.Org