"Real" Vinisiusla yeni müqavilə imzaladı

"Real" Vinisiusla yeni müqavilə imzaladı
Madrid "Real"ı Vinisius Juniorla yeni müqavilə imzalayıb.
"Kral klubu" braziliyalı vingerin sözləşməsinin müddətini 2027-ci ilin yayına kimi uzadıb.
Yeni sövdələşmədə 22 yaşlı vingerin maaşı artırılıb. Rəsmi açıqlamanın yaxın günlərdə ediləcəyi bildirilir.
Qeyd edək ki, Vinisius "Real"a 2018-ci ilin yayında "Flamenqo"dan transfer olunub.
Gundelik-Baku.Org