Depay "Qalatasaray" yolunda

Depay "Qalatasaray" yolunda
"Barselona" cari mövsüm daha çox ehtiyat skamyasında yer alan Mempfis Depayla yollarını ayırmaq istəyir.
"Sport" saytı xəbər verir ki, niderlandlı futbolçu ilə Türkiyənin "Qalatasaray" klubu yaxından maraqlanır. "Cim-Bom" dünya çempionatından sonra 28 yaşlı hücumçu ilə danışıqlara başlayacaq. 
Yayılan məlumata görə, "Barselona" futbolçusu barədə qərarı DÇ-2022-dən sonra verəcək. Klub yanvarda Depayı satıb, gəlir əldə etməyi planlaşdırır. Memfis isə 2023-cü ilin iyununda müqaviləsinin müddəti başa çatandan sonra azad agent olaraq istədiyi kluba keçməyi düşünür.
Qeyd edək ki, Memfis Depay 2021-ci ildə "Lion"dan "Barselona"ya transfer edilib.
Gundelik-Baku.Org