Ronaldo 887 min avro cərimələndi

Ronaldo 887 min avro cərimələndi
İngiltərə Premyer Liqasında (APL) "Tottenhem"lə oyunda baş verən insidentdən sonra  "Mançester Yunayted"in portuqaliyalı hücumçu Kriştianu Ronaldoya tətbiq edilən cərimənin məbləği məlum olub. 
Xarici KİV xəbər verir ki, hücumçu klubdakı iki həftəlik maaşına bərabər məbləğ - 887 min avro ödəməli olacaq. 
Bildirilir ki, komanda rəhbərliyi bu qərarı oktyabrın 19-da "Tottenhem"lə oyunda Ronaldonun əvəzedici kimi meydana çıxmaqdan imtina edərək, vaxtından əvvəl stadionu tərk etməsi ilə bağlı verib.
Gundelik-Baku.Org