Şevçenko İtaliyaya qayıtmaqdan imtina etdi

Şevçenko İtaliyaya qayıtmaqdan imtina etdi
Andrey Şevçenko İtaliya çempionatında işə qayıtmaqdan imtina edib. 
Xarici media bildirir ki, Ukrayna millisinin  və İtaliyanın “Genoa” komandasının keçmiş çalışdırıcısına baş məşqçi postu B Seriyasının autsayderi – “Kozenza”dan təklif olunub.
“Telenord” xəbər verir ki, klub rəhbərliyi mütəxəssislə əlaqə saxlayıb müqavilə təklif etsə də, görünür, ukraynalı bu təklifdən razı qalmayıb və o, İtaliya ikinci divizionundan bir komandaya baş məşqçi olmaqdan imtina edib.
Nəticədə “Kosenza”ya Uilyam Vialli baş məşqçi gətirilib. Qeyd edək ki, klub hazırda 11 xal toplayaraq B Seriyasında 16-cı pillədə qərarlaşıb.
Şevçenko üçün klublar arasında yeganə iş yeri “Genoa” olub. Məşqçi keçən ilin noyabrında komandanı təhvil almışdı, lakin 2022-ci ilin yanvarında vəzifəsindən istefaya göndərilmişdi Mütəxəssislə müqaviləyə nəhayət, sentyabrda xitam verilib.
Gundelik-Baku.Org