Braziliyalı futbolçu Azərbaycandan təklif alıb

Braziliyalı futbolçu Azərbaycandan təklif alıb
"Santa Kruz"un (Braziliya) futbolçusu Rafael Furdato Azərbaycandan təklif alıb.
Bu barədə folhape.com.br məlumat yayıb. 23 yaşlı braziliyalı hücumçunun Azərbaycandan təklif aldığı bildirilsə də, klubun adı açıqlanmayıb. 
Xəbərdə o da qeyd olunub ki, Rafael Furtadonun "Santa Kruz"la müqaviləsi noyabrda başa çatacaq. Lakin o, sözləşməni yeniləmək barədə təklifi rədd edib. 
Gundelik-Baku.Org