PSJ Mbappeni satmağa hazırdır

PSJ Mbappeni satmağa hazırdır
PSJ bu qış fransız hücumçusu Kilian Mbappeni satmağa hazırdır. 
Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Klubdakı mənbə bu keçidin yalnız parislilərə layiqli təklif alacağı təqdirdə baş tutacağını bildirib. Onlar Mbappeni çox yüksək qiymətləndirdiklərini qeyd ediblər.
2022-ci il dünya çempionatında Mbappe Fransa millisinin bütün altı oyununda iştirak edib. Hücumçu 5 qol vurub, iki məhsuldar ötürmə edib. Dekabrın 18-də fransızlar Argentina ilə dünya çempionatının finalında oynayacaqlar.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir və klubla birlikdə dördqat Fransa çempionu olub. O, “Transfermarkt” portalının versiyasına görə dünyanın ən bahalı oyunçuları siyahısında ikinci yerdədir, onun dəyəri 160 milyon avro qiymətləndirilir.
Gundelik-Baku.Org