Qvardiola onların "Mançester Siti"yə keçməsini istəyir

Qvardiola onların "Mançester Siti"yə keçməsini istəyir
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə millisinin, "Arsenal"ın cinah oyunçusu Bukayo Saka və Dortmund "Borussiya”sının yarımmüdafiəçisi Cuda Bellinqhemin komandaya qoşulmasını istəyir.
Xarici media xəbər verir ki, "Arsenal" Saka ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır, lakin tərəflər razılaşa bilmir. Onun transfer qiyməti 90 milyon avro qiymətləndirilir.
Bellinqhemin transfer qiyməti 100 milyon avro olaraq qiymətləndirilir.
Gundelik-Baku.Org