2023-cü ildə “Qızıl top”a əsas namizədin adı açıqlanıb

2023-cü ildə “Qızıl top”a əsas namizədin adı açıqlanıb
Goal nəşri 2023-cü ildə "Qızıl top" mükafatı uğrunda mübarizə aparacaq oyunçuların siyahısını dərc edib .
Bu mükafatı alan sonuncu şəxs fransız Kərim Benzema oub.
Siyahıda birinci olan yeni dünya çempionu argentinalı Lionel Messi olub .
“Qətərdə keçirilən dünya çempionatının ən yaxşı oyunçusu kimi “Qızıl top”un qalibi Messi göstərilir. O, səkkizinci “Qızıl top”u aacaq.
İddiaçılar siyahısında ikinci fransalı Kilian Mbappe olub. O, Qətərdə keçirilən dünya çempionatının bombardiri olub. Fransız yeddi matçda səkkiz qol vurub (ikisi penaltidən). 23 yaşlı hücumçunun iki məhsuldar ötürməsi də var. O, Argentina ilə dünya çempionatının finalında het-trik edib . Onun iki qolu penaltidən vurub.
İlk üç namizədi Erlinq Haaland qapayıb. Hücumçu dünya çempionatında iştirak etməsə də, cari mövsümün diqqət mərkəzindədir. Norveçli futbolçu İngiltərə Premyer Liqasında (APL) 13 matçda 18 qol vurub və Avropanın top 5 liqasında bombardirlər siyahısına başçılıq edir.
Gundelik-Baku.Org