“Mançester Yunayted” Ronaldonun əvəzedicisinə 50 milyon təklif edir

“Mançester Yunayted” Ronaldonun əvəzedicisinə 50 milyon təklif edir
İngiltərə klubu, qış transfer pəncərəsində Hollandiya millisinin hücumameyilli yarımmüdafiəçisi üçün PSV-yə 50 milyon avro təklif etməyi planlaşdırır.
Bu barədə “The Telegraph” məlumat verir. 
23 yaşlı futbolçu, portuqaliyalının klub rəhbərliyini və məşqçisini tənqid etdiyi qalmaqallı müsahibədən sonra keçən ay müqaviləsinə xitam verilən Kriştiano Ronaldonun əvəzedicisi kimi görünür.
Gundelik-Baku.Org