PSJ Messiyə yeni müqavilə təklif etdi

PSJ Messiyə yeni müqavilə təklif etdi
Fransa çempionu PSJ 35 yaşlı argentinalı hücumçu Lionel Messiyə yeni müqavilə təklif edib.
Xarici media xəbər verir ki, yeni müqavilə 2024-cü ilin iyun ayına kimi qüvvədə olacaq. Argentinalının hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir.
Messi 2021-ci ilin yayında azad agent kimi "Barselona"dan PSJ-yə keçib. “Transfermarkt” hücumçunun transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Fransanın cari çempionatında Messi 11 oyunda iştirak edib, 6 qol vurub, 9 məhsuldar ötürmə verib. Çempionlar Liqasının üç oyununda 2 qol vurub.
Gundelik-Baku.Org