“Real” 16 yaşlı braziliyalı üçün 60 milyon təklif etdi

“Real” 16 yaşlı braziliyalı üçün 60 milyon təklif etdi
"Real" "Palmeyras"ın hücumçusu Endriklə maraqlanır. Tərəflər danışıqlar aparıb, İspaniya klubu 16 yaşlı braziliyalı üçün bonuslar da daxil olmaqla 60 milyon avro təklif edib. 
Xarici media bildirir ki, bu barədə jurnalist Fabrisio Romano “Twitter” hesabında məlumat verib.
Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar davam edir. "Çelsi" və PSJ də Endriki transfer etmək istəyir, onlar yarışda qalırlar, amma "Palmeyras" "Barselona" ilə konkret danışıqlar aparmır.
Gundelik-Baku.Org