Baş məşqçi oyunçularla dalaşıb İSTEFAYA verdi

Baş məşqçi oyunçularla dalaşıb İSTEFAYA verdi
Hollandiya klubu “Utrext”in baş məşqçisi Henk Freyzer istefa verdiyini açıqlayıb.
Xarici media bildirir ki, bu barədə komandanın rəsmi saytı xəbər verir.
Bundan əvvəl Freyzer klubun idman direktorunun iştirakı ilə komandanın yarımmüdafiəçisi Amin Yuneslə dava edib.
“Bir məşqçi kimi mənim başıma belə bir şey gəlməyib. Bu, nə mənə, nə də kluba yaraşmır, kluba ziyan vururam və bu, mən də daxil olmaqla bir çox insanı incidir”, - bu ilin avqustundan kluba rəhbərlik edən Freyzer deyib.
Məşqçi üzr istəyib və baş məşqçi postundan getdiyini açıqlayıb.
14 turdan sonra "Utrext" 24 xal toplayıb və Hollandiya çempionatının yüksək divizionunda yeddinci yerdədir.
Gundelik-Baku.Org