Amerika klubu Messini transfer edə bilər

Amerika klubu Messini transfer edə bilər
Amerika Böyük Futbol Liqasının (MLS) "İnter Mayami" klubu PSJ-nin hücumçusu Lionel Messinin transferində maraqlıdır. 
"The Athletic" xəbər verir ki, komandanın ortaq sahibləri hücumçunun atası və köməkçisi Xorxe ilə danışıqlar aparır. Argentinalının karyerasını davam etdirməsi üçün Amerika klubuna üstünlük verildiyi vurğulanır. Mənbənin məlumatına görə, "İnter Mayami" futbolçunun yaxın aylarda müqavilə imzalayacağına ümid edir.
Yazda bildirildi ki, Messi 2023-cü ildə "İnter Mayami"nin sahibi David Bekhemlə bu kluba keçəcəyi ilə bağlı razılığa gəlib. Lakin sonradan bu məlumat öz əksini tapmayıb. 
Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib.
Gundelik-Baku.Org