Baş məşqçi məğlubiyyətə görə üzr İSTƏDİ

Baş məşqçi məğlubiyyətə görə üzr İSTƏDİ
İspaniya millisinin baş məşqçisi Luis Enrike Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeş yığmasına məğlub olduqları üçün üzr istəyib.
52 yaşlı mütəxəssis yerli telekanallardan birinə müsahibəsində məyus olduqlarını söyləyib.
İspaniyalı baş məşqçi bildirib ki, fanatlar komandanı sonadək dəstəkləsələr də, mundialda mübarizəni dayandırdılar: "Bağışlayın! Bizə görə həyəcanlandınız. Əmin olun ki, meydanda var gücümüzü ortaya qoyduq. İndi bizə yalnız Mərakeşi təbrik etmək qalır".
Gundelik-Baku.Org