Türkiyədə 6 oğlana təcavüz edən məşqçi 90 il müddətinə həbs edildi

Türkiyədə 6 oğlana təcavüz edən məşqçi 90 il müddətinə həbs edildi
Türkiyənin Mersin şəhərində futbol klubunun məşqçisi H.B adlı şəxs  2021 və 2022-ci illərdə eyni məktəbdən 6 oğlan uşağına cinsi təcavüz etdiyi iddiası ilə saxlanılıb.
Türkiyə KİV xəbər verir ki, dəhşətli hadisənin üstü uşaqların məktəb müdirlərinə deməsindən sonra ortaya çıxıb. Bundan sonra müdir H.B-nı polisə şikayət edib.  
Belə ki, polis əməkdaşlarının araşdırması nəticəsində məşqçinin 12-15 yaşları arasında olan 6 oğlana cinsi təcavüz etdiyi məlum olub. O, məhkəmə qarşısına çıxarılıb və  90 il azadlıqdan məhrum edilib. 
Gundelik-Baku.Org