Braziliya millisinin baş məşqçisi istefa verdi

Braziliya millisinin baş məşqçisi istefa verdi
Braziliya yığmasının baş məşqçisi Tite 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində komandanın məğlubiyyətindən sonra istefa verib.
Braziliyalılar Xorvatiyaya penaltilər seriyasında məğlub olublar. 
"Acı məğlubiyyət, amma özümlə barışıram. Dövrün sonu"-deyə Tite bildirib.
Dekabrın 9-da dünya çempionatının 1/4 finalında Xorvatiya Braziliyanı penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib . Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, əlavə vaxtda komandalar hərəyə bir qol vurub.
Beləliklə, xorvatlar 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının ilk yarımfinalçısı olublar. Onlar bu mərhələdə Argentina-Hollandiya cütünün qalibi ilə oynayacaqlar.
Tite 2016-cı ildən Braziliya millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2019-cu ildə Amerika Kubokunun qalibi olub. Tite əvvəllər Braziliyanın “Qremio”, “İnternasional”, “Atletiko Mineiro”, “Palmeiras” klublarında çalışıb, bir neçə dəfə “Korintians”ın sükanı arxasında olub, onunla iki dəfə Braziliya çempionu, Libertadores Kubokunun sahibi və 2012-ci ildə Klublararası Dünya Kubokunun qalibi olub. 
Gundelik-Baku.Org