Baş məşqçi 2 futbolçuya təcavüz etdi: İşdən qovuldu

Baş məşqçi 2 futbolçuya təcavüz etdi: İşdən qovuldu
Maltanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Devis Manja vəzifəsindən azad edilib.
Bu barədə "Times of Malta" məlumat yayıb. 48 yaşlı italiyalı mütəxəssis milli komandanın iki futbolçusuna qarşı cinsi təcavüz etməkdə şübhəli bilinir. Məlumata görə, iki futbolçu bununla əlaqədar şikayət edib. Bundan sonra Malta Futbol Federasiyası məşqçini vəzifəsindən azad edib və araşdırmalara başlandığını bildirib.
Manjanın özü isə bəyanat yayaraq bütün ittihamları rədd edib.
“Son xəbərlər fonunda qeyd etməliyəm ki, mən heç vaxt - nə keçmişdə, nə də indi milli komandanın personalındakı kiməsə qarşı, o cümlədən futbolçulara münasibətdə belə hərəkətlər etməmişəm. Bütün bu xəbərlər həqiqətə uyğun deyil və bu, mənim reputasiyama və ləyaqətimə ciddi zərbə vurur”, - deyə Manja bildirib.
Devis Manja 2019-cu ilin dekabrında Malta millisinə baş məşqçi təyin olunub. Onun federasiya ilə müqaviləsi 2023-cü ilin dekabrında başa çatır. 
Gundelik-Baku.Org