Ançelottiyə Braziliya millisinin baş məşqçiliyi TƏKLİFİ

Ançelottiyə Braziliya millisinin baş məşqçiliyi TƏKLİFİ
Braziliya Futbol Federasiyası məşqçi postu üçün Karlo Ançelottiyə təklif edib.
Dünya çempionatından 1/4 finalda vidalaşan Braziliya baş məşqçi Tite ilə yollarını ayırıb. Yeni məşqçi axtarışında olan Braziliya Futbol Federasiyası “Real”ın baş məşqçisi Karlo Ançelottiyə təklif edib.
“UOL Esporte”dəki xəbərə görə, Ançelotti ilə Braziliya Futbol Federasiyası arasında üzbəüz görüş keçirib. İtalyan çalışdırıcı bu vəzifəni yerinə yetirmək, lakin 2023-cü ilin iyununa qədər “Real”da işini davam etmək istədiyini qeyd edib.
“Real” ilə 2024-cü ilin iyun ayına qədər müqaviləsi olan Ançelottinin Braziliyaya Madrid klubunun rəhbərliyi ilə görüşəcəyinə və təzminatsız gedə biləcəyinə zəmanət verdiyi də bildirilib.
Yalnız martın sonu və aprelin əvvəlində iyun ayına qədər beynəlxalq oyunlar keçirəcək Braziliya, Ancelottinin müsbət yanaşmasından sonra düşünmək üçün vaxt istəyib. Bu oyunlar üçün çıxış yolu tapılarsa, Ançelotti ilə əl sıxacaqları vurğulanıb.
Gundelik-Baku.Org