“Atletiko” Luis Enrike ilə danışıqlar aparır

“Atletiko” Luis Enrike ilə danışıqlar aparır
"Atletiko" İspaniya millisinin baş məşqçisi Luis Enrike ilə komandanın baş məşqçi təyin edilməsi üçün danışıqlar aparır.
Bu barədə “El Chiringuito məlumat yayıb.
Luis Enrike 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatından sonra İspaniya millisini tərk edəcək.
Dieqo Simeonenin "Atletiko" ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
"Atletiko" Çempionlar Liqasının qrup mərhələsini sonuncu yerdə başa vuraraq, avrokuboklardan kənarda qalıb.
Gundelik-Baku.Org