Ronaldodan “Mançester Yunayted”ə xəyanət İTTİHAMI

Ronaldodan “Mançester Yunayted”ə xəyanət İTTİHAMI
"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubu xəyanətdə ittiham edib. 
Xarici media bildirir ki, o, bu barədə bir fraqmenti “Twitter”də mövcud olan Pirs Morqana müsahibəsində bildirib.
 “Mançester Yunayted” məni komandadan getməyə məcbur etməyə çalışdı. Tək baş məşqçi yox, klub daxilində olan digər şəxslər də. İnsanlar həqiqəti eşitməlidirlər. Bəli, özümü xəyanət edilmiş hiss edirəm”, - futbolçu vurğulayıb.
Ronaldo bəzilərinin nəinki bu mövsüm, hətta ötən mövsüm də onu komandada görmək istəmədiyini qeyd edib.
Oktyabrın 22-də “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Ronaldonun komandanı tərk edə biləcəyindən danışıb. O, futbolçuya güvəndiyini və onunla ayrılmaq fikrində olmadığını qeyd edib. Ten Haq onu da əlavə edib ki, Ronaldonun yanvarda getməsi ilə bağlı bütün söhbətlər fərziyyədir.
Bundan əlavə, Kriştiano yeni baş məşqçi Erik ten Haqı tənqid edib. Hollandiyalıya hörmət etmədiyini bəyan edib.
Ronaldo Piers Morgana müsahibəsində "Ten Qaqaya hörmət etmirəm, çünki o, mənə hörmət etmir. Əgər sən mənə hörmət etmirsənsə, mən də sənə heç vaxt hörmət etməyəcəyəm", - deyib.
Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. Onun hesabında üç qol və iki məhsuldar ötürmə var.
Yayda Ronaldonun "Mançester Yunayted"dən getməsi ilə bağlı dəfələrlə xəbərlər yayılmışdı. Futbolçu transfer siyasətindən və klubun nəticələrindən, o cümlədən komandanın Çempionlar Liqasında mübarizə aparmamasından narazılığını bildirib.

 
Gundelik-Baku.Org