İnyesta “Barselona”ya qayıtdı

İnyesta “Barselona”ya qayıtdı
İspaniya millisinin keçmiş yarımmüdafiəçisi Andres İnyesta "Barselona"ya qayıdıb. 
Xarici media bildirir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Kataloniya klubunun keçmiş kapitanı komandanın məşqinə baş çəkib və baş məşqçi Xavi Hernandeslə söhbət edib.
Xatırladaq ki, hazırda 38 yaşlı İnyesta Yaponiyanın “Vissel Kobe”nin şərəfini qoruyur.
O, daha əvvəl bildirmişdi ki, “Barselona”ya qayıdıb məşqçi və ya idman direktoru vəzifəsini tutmağı planlaşdırır.
Yeri gəlmişkən, ispaniyalı “Barsa”nın yetirməsidir. Kataloniya grandının əsas komandasında 2002-2018-ci illərdə çıxış edib. Onun hesabında 674 oyun və 29 kubok var, o cümlədən 4 Çempionlar Liqası və 9 La Liqa çempionluğu.
Gundelik-Baku.Org