Tanınmış baş məşqçi xərçəng xəstəliyinə tutulub

Tanınmış baş məşqçi xərçəng xəstəliyinə tutulub
Türkiyədə "Fənərbaxça", "Beşiktaş" və "Bursaspor"un baş məşqçisi olmuş Kristof Daum xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb. 
"Salam əziz futbolsevərlər, bu gün sizə çox şəxsi mesajla müraciət etmək istərdim: Təəssüf ki, son bir neçə ayda rutin müayinəmin bir hissəsi olaraq xərçəng xəstəliyinə tutulduğum üçün xalqdan ayrılmaq məcburiyyətində qaldım. O vaxtdan professor Jürgen Volf və Kölndəki CIO komandasının müalicəsinin mənim üçün çox yaxşı nəticə verməsindən şadam!", xarici mediayanın məlumatına görə, veteran məşqçi sosial media hesabındakı açıqlamasında qeyd edib.
Daum yazının davamında bunları qeyd edib:
"Məni tanıyırsınız, döyüşçüyəm və nikbinliklə və bütün gücümlə bu çətinliyin öhdəsindən gələcəm. Ona görə də mümkün qədər tez sağalmaq üçün sizdən ayrı qalmağıma ehtiyacım var. Dəstəyiniz üçün təşəkkür edirəm. Mən yalnız məsləhət verə bilərəm: Vaxtında xərçəng müayinəsinə gedin", - hörmətlə, Kristof Daum.
69 yaşlı məşqçi 1991-92 mövsümündə 3 komandanın zirvə uğrunda mübarizə apardığı mövsümdə “Ştutqart”ı çempion edib və karyerasında ilk Bundesliqa qələbəsini qazanıb. Super Liqada 1994-95 mövsümündə “Beşiktaş”ı çempion edib. 2002-03 mövsümündə o, Avstriyada “Avstriya”ya qələbə qazandırıb. Daha sonra yeni Türkiyə macərasında 2003-cü ildə "Fənərbaxça"nın baş məşqçisi olub. O, 2003-04 və 2004-05 mövsümlərində bu komanda ilə ikiqat çempionluq qazanıb. 2005-06 və 2009-10 mövsümlərində alman məşqçi son bir həftədə çempionluğu dramatik şəkildə rəqiblərinə uduzub.
Gundelik-Baku.Org