Stiven Cerrard “Aston Villa”dan qovuldu

Stiven Cerrard “Aston Villa”dan qovuldu
Stiven Cerrard artıq “Aston Villa”nın baş məşqçisi deyil. 
Xarici media bildirir ki, Birmingem rəhbərliyi mütəxəssisi işdən çıxarmaq qərarına gəlib. Bu, 42 yaşlı çalışdırıcının 0:3 hesablı darmadağın edildiyi “Fulhem”lə oyundan sonra baş verib.
"Aston Villa” futbol klubu baş məşqçi Stiven Cerrardın klubu dərhal tərk etdiyini təsdiqləyə bilər. Biz Stivenə zəhmətinə və öhdəliyinə görə təşəkkür edir və ona gələcək üçün ən yaxşısını arzulayırıq", - klubun saytında deyilir. 
Beləliklə, əfsanəvi futbolçu vəzifəsində bir il belə davam edə bilməyib. Xatırladaq ki, Cerrard 2021-ci il noyabrın 11-dən “Aston Villa”ya rəhbərlik edib. Bir ildən az müddətdə birminqemlilər onun rəhbərliyi altında 40 oyun keçirib: 13 qələbə, 8 heç-heçə, 19 məğlubiyyət.
Komanda bu mövsüm Premyer Liqada 11 oyundan sonra 9 xalla 17-ci yerdədir.
Gundelik-Baku.Org