Haaland gecələr eynək taxıb yatır

Haaland gecələr eynək taxıb yatır
"Mançester Siti"nin futbolçusu Erlinq Haaland da yuxu rejiminə nəzarət edən oyunçulardandır.
"The Sun" xəbər verir ki, norveçli hücumçu axşamlar daha yaxşı yatması üçün xüsusi eynək taxır. Onlar qadcetlərdən mavi işığı və digər cihazlardan gələn sərt işığı süzürlər. Bu barədə 22 yaşlı oyunçu özü bildirib. Haaland deyib:
“Mən bu eynəkləri axşamlar taxıram. Onlar mənə daha dərin və daha yaxşı yatmağa kömək edir. Mən bunu məhsuldarlığı ən azı bir neçə faiz artırmaq üçün açar kimi görürəm. Bu, alışqanlıq məsələsidir".
Həmçinin Haaland yatmazdan 2 saat əvvəl elektron cihazlardan uzaqlaşdığını etiraf edib. Yəqin ki, bu texnika futbolçuya kömək edir. 
Qeyd edək ki, Erlinq “Mançester Siti”nin heyətində 10 matçda 14 qol vurub. O, bu yay Premyer Liqa təmsilçisinə keçib.
Gundelik-Baku.Org