"Mançester Yunayted" Ronaldonu əsas komanda ilə oyunlardan kənarlaşdırdı

"Mançester Yunayted" Ronaldonu əsas komanda ilə oyunlardan kənarlaşdırdı
"Mançester Yunayted" portuqaliyalı hücumçu Kriştianu Ronaldonu əsas komanda ilə oyunlardan və məşqdən kənarlaşdıracaq.
"The Athletic" xəbər verir ki, hücumçu bir müddət müstəqil işləyəcək. Bildirilir ki, bu qərarı baş məşqçi Erik ten Haq portuqaliyalının oktyabrın 19-da "Tottenhem"lə oyunda əvəzedici kimi meydana çıxmaqdan imtina edərək, final fitinə qədər stadionu tərk etməsindən sonra verib. Klub rəhbərliyi məşqçinin mövqeyini tam dəstəkləyir.
Oktyabrın 20-də "Mançester Yunayted" Ronaldonun İngiltərə Premyer Liqasının (APL "Chelsea" ilə oyunu üçün heyətdən çıxarıldığını açıqlayıb. 
Bununla bağlı futbolçu "İnstagram" hesabında bildirib: "Karyeram boyu həmişə etdiyim kimi komanda yoldaşlarıma, rəqiblərimə və məşqçilərimə hörmətlə yaşamağa və oynamağa çalışıram. Bu dəyişmədi, dəyişməmişəm. Mən eyni adamam, son 20 ildir elit futbol oynayan eyni peşəkaram. Hörmət mənim qəra vermə proseslərimdə həmişə çox önəmli rol oynayıb. 
Mən futbola çox gənc başladım. Yaşlı və təcrübəli futbolçuların nümunələri mənim üçün həmişə çox önəmli olub. Bu səbəbdən də oynadığım bütün komandalarda yetişən gənclərə həmişə nümunə olmağa çalışmışam. Təəssüf ki, bu heç də həmişə mümkün olmur. Mən təzyiqə tab gətirməyəcəyəm və 2-ci yerə qayıtmayacağam. Hazırda daha çox işləmək, komanda yoldaşlarımı dəstəkləmək və istənilən oyuna hazır olmaq lazım olduğunu hiss edirəm. Təzyiq qarşısında boyun əymək seçim deyil. Heç vaxt olmayıb. Bu, "Mançester Yunayted"dir və biz bir olmalıyıq. Tezliklə yenidən birlikdə olacağıq". 
Gundelik-Baku.Org