Ronaldo "Barselona"ya keçə bilər

Ronaldo "Barselona"ya keçə bilər
"Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Barselona”ya keçə bilər.
"The Sun" nəşri xəbər verir ki, 37 yaşlı forvardın agenti Jorje Mendeş Mançesterdəki restoranlardan birində “Barselona” rəhbərliyi ilə görüşüb.
Ronaldo bu yay "qırmızı şeytanlar"dan ayrılmaq istəyirdi. 37 yaşlı oyunçunun agenti futbolçunun karyerasını başqa klubda davam etməsi üçün variantlar axtarır.
Qeyd edək ki, Ronaldo bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb və 1 qol vurub.
Gundelik-Baku.Org