Avropa Azərbaycandan qaz almaq üçün milyardlarla avro xərcləyib

Avropa Azərbaycandan qaz almaq üçün milyardlarla avro xərcləyib
Avropa İttifaqı ölkələrinin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan nəql etdiyi qazın alınmasına görə ikinci rübdə 2,8 milyard avro xərcləyib.
Rusiya KİV-lərinə istinadən xəbər verir ki, birinci rübdə Aİ bu məqsədlər üçün 2,1 milyard avro (33,3 faiz artım) xərcləyib. Ümumilikdə, ilin birinci yarısında Avropa Azərbaycandan 4,9 milyard avroya qaz alıb. 
Aprel-may aylarında İtaliya və Yunanıstan üçün Azərbaycan qazının qiyməti meqavat-saat üçün 98,19 avro, Bolqarıstan üçün 86,32 avro təşkil edib. İkinci rübdə TAP vasitəsilə Aİ-yə qaz tədarükünün payı ümumi həcmdə 2,9 faiz təşkil edib. Ümumilikdə, bu müddət ərzində Aİ qaz idxalına təxminən 75 milyard avro xərcləyib.
2022-ci ildə Azərbaycandan Avropaya yanacağın ixracı 11,5 milyard kubmetr, 2027-ci ilə qədər isə 20 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.
Gundelik-Baku.Org