Aİ Ukraynaya 2 milyard avro yardım edəcək

Aİ Ukraynaya 2 milyard avro yardım edəcək
Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda Ukraynaya 2 milyard avro məbləğində makromaliyyə yardımı göstərmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə cümə günü Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-nin Praqada keçirilən qeyri-rəsmi sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Yaxın günlərdə Ukraynaya makromaliyyə yardımı kimi daha 2 milyard avro ayrılacaq”, - o deyib. AK rəhbəri həmçinin vurğulayıb ki, Aİ ölkələri rəsmi Kiyevə hərbi və maliyyə yardımını davam etdirəcək.
Gundelik-Baku.Org