“Mançester Yunayted” “Tottenhem”ə qalib gələrək rekorda imza atdı - VİDEO

“Mançester Yunayted” “Tottenhem”ə qalib gələrək rekorda imza atdı - VİDEO
İngiltərə Premyer Liqasının 12-ci turu daha bir maraqlı qarşılaşma ilə yadda qalıb.
“Old Trafford”da “Mançester Yunayted”lə “Tottenhem” üz-üzə gəlib.
Mankunianlılar matçın ilk yarısında “Tottenhem”in qapısına 19 dəfə zərbə endirməklə mövsümün rekorduna imza atıblar. Həmin zərbələrdən 5-i çərçivəyə yönəlib. Buna baxmayaraq ilk hissədə qol olmayıb.
Qarşılaşmanın ikinci yarısında rəqibini iki dəfə məyus edən “qırmızı şeytanlar” yekunda sevinən tərəf olublar - 2:0.

 
Gundelik-Baku.Org