KİV: Almaniya XİN və MN rəhbərləri Ukraynaya hərbi yardımın artırılmasını istəyir

KİV: Almaniya XİN və MN rəhbərləri Ukraynaya hərbi yardımın artırılmasını istəyir
Almaniya xarici işlər naziri Annalena Berbok və ölkənin müdafiə naziri Kristine Lambrext Ukraynaya gələn il silah tədarükü üçün büdcədən ayrılacaq vəsaitin 1.5 mlrd. avro artırılması haqda müraciət edib.
Bu barədə “Der Spiegel” Almaniyanın maliyyə naziri Kristian Lindnerə ünvanlanmış məktubda məlumat yayıb.
Qeyd edək ki, Almaniya büdcəsindən 2023-cü ildə Ukraynaya silah tədarükü ilə bağlı 700 milyon avro ayrılması nəzərdə tutulub.
“Büdcədən gələn il Ukraynaya hərbi yardım üçün 700 milyon avro ayrılması nəzərdə tutulub. Berbok ve Lambert isə bu məbləğin 2.2 mlrd. avroya çatdırılmasını tələb ediblər. Yalnız bu həcmdə vəsaitin ayrılması ilə Almaniya, beynəlxalq tərəfdaşlarının ondan gözlədiyi məsuliyyəti öz üzərinə götürdüyünü aydın şəkildə nümayiş etdirə bilər”, - nəşr qeyd edib.
Xatırladaq ki, Almaniya hökuməti bu ilin ilk 9 ayı ərzində Ukraynaya dəyəri 775 milyon avro olan hərbi məhsulların tədarükü üçün razılıq verib.
Gundelik-Baku.Org