Ronaldo 700-cü qolunu vurdu

Ronaldo 700-cü qolunu vurdu
"Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo klub karyerasında 700-cü qoluna imza atıb. 
37 yaşlı hücumçu buna İngiltərə Premyer Liqasının 10-cu turunda "Everton"la matçda (2:1) nail olub. O, 44-cü dəqiqədə fərqlənib.
Kriştiano Ronaldonun klub karyerası boyunca vurduğu qollar:
La Liqa: 311
Çempionlar Liqası: 140
Premyer Liqa: 103
A Seriyası: 81
İspaniya Kuboku: 22
İngiltərə Kuboku: 13
Klublararası Dünya Kuboku: 7
İngiltərə Liqa Kuboku: 6
İtaliya Kuboku: 4
Superkubok: 4
Portuqaliya Liqası: 3
Super Kubok: 2
İtaliya Superkuboku: 2
Avropa Liqası: 1
ÇL seçmə mərhələ: 1
Gundelik-Baku.Org