Maradonanın vurduğu top hərracda satılacaq

Maradonanın vurduğu top hərracda satılacaq
Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının 1/4 finalında İngiltərəyə qarşı əllə oynadığı top hərracda 2,5-3 milyon funta satılacaq.
Bu barədə The Guardian məlumat yayıb. 
Xatırladaq ki, həmin matçda baş hakim Əli bin Naser Maradonanın topu əli ilə necə vurduğunun fərqinə varmayıb. Qeyd edək ki, Nasir bu topun sahibidir. Hərrac noyabrın 16-da keçiriləcək.
Maradona 2020-ci il noyabrın 25-də vəfat edib. Noyabrın 3-də keçmiş idmançıya beyində subdural hematoma diaqnozu qoyulub. Ertəsi gün əməliyyat olunub. Noyabrın 12-də argentinalı xəstəxanadan buraxılıb.
Futbolçu kimi Maradona Argentinos Juniors, Boca Juniors, Barselona, Napoli, Sevilla və Newells Old Boys klublarında çıxış edib. Argentina millisinin heyətində 91 oyunda iştirak edib, 34 qol vurub. 1986-cı il dünya çempionatının nəticələrinə görə, Maradona turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Növbəti dünya çempionatında hücumçu yarışın gümüş mükafatçısı olub.
Gundelik-Baku.Org