Rusiyalı idmançı hərbidən yayınmaq üçün rüşvət verdiyinə görə cərimələndi

Rusiyalı idmançı hərbidən yayınmaq üçün rüşvət verdiyinə görə cərimələndi
Rusiya "Kontinental Xokkey Liqası" (KHL) klubunun keçmiş xokkeyçisi Vladislav Lukin hərbi çağırışdan yayınmağa cəhd etdiyinə görə cərimələnib. 
TASS xəbər verir ki, bu barədə Ufa məhkəməsi qərar qəbul edib. 
Məlumata görə, idmançı 2,2 milyon rubl (təxminən 63 650 manat) ödəməli olacaq. 
Hal-hazırda Lukin "Ali Xokkey Liqasında" (VHL) oynayır.
Gundelik-Baku.Org