Yaponiya XİN: Diplomatımız Rusiyanı tərk edib, lakin hələ gəlməyib

Yaponiya XİN: Diplomatımız Rusiyanı tərk edib, lakin hələ gəlməyib
Rusiyanın Vladivostok şəhərindən qovulan yapon diplomatı Motoki Tatsunori sentyabrın 28-də bu ölkəni tərk edib, lakin hələ də vətəninə gəlməyib.

Xarici KİV xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi bildirib.

"Diplomat Rusiyanı ayın 28-də tərk edib, lakin hələ Yaponiyaya gəlməyib. Vəziyyətin xarakterinə görə, təfərrüatları açıqlamaqdan çəkinəcəm", - nazir bildirib.

Daha əvvəl məlum olub ki, Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən məxfi məlumat topladığı üçün saxlanılan Yaponiyanın Vladivostokdakı Baş Konsulluğunun konsulu Motoki Tatsunori Rusiya ərazisini tərk edəcəyi Vladivostokdan təyyarə ilə Moskvaya uçub.
Gundelik-Baku.Org