"Yuventus"un kapitanı karyerasını İngiltərədə davam etdirə bilər

"Yuventus"un kapitanı karyerasını İngiltərədə davam etdirə bilər
Leonardo Bonuççi "Tottenhem"ə keçmək istəyirdi
London "Tottenhem"i "Yuventus"un kapitanı Leonardo Bonuççini dəvət etməkdə maraqlıdır. 35 yaşlı müdafiəçinin transferi qış transfer pəncərəsində mümkündür.
Bonuççini dəvət etmək təşəbbüsü "Yuventus"da həmyerlisi ilə yaxından tanış olan "Tottenhem"in baş məşqçisi Antonio Kontedəndir. Sport-Ekspress xəbər verir ki, Leonardonun özü də komandalarını dəyişmək və özünü İngiltərə Premyer Liqasında sınamaq istərdi. "Yuventus"un kapitanı Turin klubu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.
Leonardo Bonucci "İnter"də başlayıb. Futbolçu “Treviso”, “Pisa” və “Bari” klublarında da çıxış edib və 2010-cu ildə “Yuventus”a keçib. Leonardo 2017/18 mövsümünü "Milan"da keçirib.
Gundelik-Baku.Org