PSJ Messi ilə müqavilənin uzadılmasını razılaşdırıb

PSJ Messi ilə müqavilənin uzadılmasını razılaşdırıb
Fransanın PSJ futbol klubunun rəhbərliyi argentinalı hücumçu Lionel Messi ilə müqavilənin uzadılması ilə bağlı şifahi razılığa gəlib.
Bu barədə çərşənbə axşamı “Sky Sport Italia” telekanalının jurnalisti Fabrizio Romano özünün “Twitter” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda tərəflər arasında keçiriləcək yeni görüşdə müqavilənin detalları və məvacib məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununa qədərdir.


 
Gundelik-Baku.Org