Messi Argentinadakı evinə yalnız polisin köməyi ilə daxil ola bildi

Messi Argentinadakı evinə yalnız polisin köməyi ilə daxil ola bildi
Argentina millisinin kapitanı Lionel Messi doğma şəhəri Rosarioya qayıdıb.
Ulduz futbolçunu evinin qarşısında minlərlə azarkeş qarşılayıb.
Pərəstişkarları L.Messinin olduğu avtomobili mühasirəyə alıb və futbolçunun evinə gedən yol bağlanıb.
Messi yalnız polislərin köməyi ilə evinə daxil ola bilib.
Daha sonra ulduz futbolçunun evi polislər tərəfindən xüsusi nəzarətə götürülüb.

Mənbə: Sport24
Gundelik-Baku.Org