Məşhur ispaniyalı tennisçi: “Messi qol vuranda gözlərim yaşardı”

Məşhur ispaniyalı tennisçi: “Messi qol vuranda gözlərim yaşardı”
Məşhur ispaniyalı tennisçi Rafael Nadal Qətərdə keçirilən futbol üzrə dünya çempionatı və Argentina ilə Fransa arısında keçirilən final oyunu ilə bağlı təəssüratını bölüşüb.
36 yaşlı idmançı bildirib ki, final oyunu çox gərgin və baxımlı alınıb:
“Mənim fransız dostlarım var və mən onlara görə çox təəssüflənirəm. Paris və Fransa mənim üçün çox şey deməkdir. Amma mənim həm də çoxlu argentinalı dostlarım var, onların arasında futbol azarkeşləri yetərincədir”.
“Böyük Dəbilqə” Kubokunun 22 qat qalibi Lionel Messiyə olan rəğbətini də gizlətməyib.
“Messinin dünya kubokunu qazanması məni sevindirdi. Böyük bir oyunçunun karyerasının sonunda çatışmayan titulunu qazanması məni məmnun etdi. Axı o bu günə kimi Argentina millisi üçün çox şey edib. Finalda Messi ikinci qolu vuranda (Messinin əlavə vaxtda fərqlənərək hesabı 3:2 Argentinanın xeyrinə etdiyi anı nəzərdə tutur -  red.) gözlərim yaşardı.
Bu göz yaşları bir insanın bu qədər əziyyət çəkdikdən sonra çatışmayan şeyə nail olduğunu (dünya çempionluğunu nəzərdə tutur - red.) görmək xoşbəxtliyindən yaranmışdı. Mən bu final oyununu, xüsusən 70-ci dəqiqədən etibarən başlayan futbol tamaşasını, çox bəyəndim. Buna qədər sanki hər şeyin Argentinanın nəzarəti altında olduğu təəssüratı yaranırdı”, - deyə
Mənbə: As
Gundelik-Baku.Org