Messi Nüsreti saymadı

Messi Nüsreti saymadı
Türkiyənin fenomen aşpazı Nüsret Gökçenin Dünya Kubokundakı görüntüləri gündəm olub.  
Belə ki, oyundan sonra o, stadiona enərək Argentina yığmasının futbolçusu Lionel Messi ilə foto çəkdirmək istəyib. Lakin ulduz onu görməzdən gəlib və Nüsretə xoş görünməyən reaksiyalar verib. Bu da həmin görüntülərin sosial şəbəkələrdə viral olması ilə nəticələnib.
Qeyd edək ki, Nüsret dəfələrlə Messi ilə səmimi münasibətinin olmasıyla bağlı paylaşımlar edib.

Gundelik-Baku.Org