Bu fotoya görə, 4 milyon qazandılar

Bu fotoya görə, 4 milyon qazandılar
Futbol tarixinin ən böyük rəqabətlərindən birini yaşamış Lionel Messi və Kriştiano Ronaldonun pozası gündəmdən düşmür. Cəmi 30 dəqiqə ərzində 10 milyondan çox bəyənmə toplayan bu fotonun qiyməti məlum olub.
DÇ-2022-də hələ səhnəyə çıxmamış Lionel Messi və Kriştiano Ronaldo turnir başlamazdan əvvəl birlikdə verdikləri poza ilə bütün dünyanın gündəmini zəbt edib.
Lüks geyim markası "Louis Vuitton"un reklam çəkilişləri üçün kamera qarşısına keçən ikilinin fotosu qısa zamanda yayılıb.
Ronaldonun 499 milyon, Messinin isə 375 milyon izləyicisi ilə İnstaqramda paylaşdığı foto 30 dəqiqə ərzində 10 milyondan çox bəyənmə toplayıb. Məşhur amerikalı fotoqraf Enni Leybovitsin çəkdiyi şahmat meydanı təxminən 4 milyon 300 min dollara başa gəlib.
Ronaldonun İnstaqramda yazdığı paylaşıma görə 2,4 milyon dollar, Messinin isə 1,7 milyon dollar aldığı bildirilib.
Gundelik-Baku.Org