FIFA Argentina millisinə qarşı qərar verəcək

FIFA Argentina millisinə qarşı qərar verəcək
Beynəlxalq Futbol Federasiyası (FİFA) argentinalıların hollandları məğlub etdiyi Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyunundan sonra Argentina Futbol Federasiyasına qarşı işlərə başlamaq qərarına gəlib. 
Bu barədə dekabrın 10-da İspaniyanın "Mundo Deportivo" qəzeti məlumat yayıb.
Oyun zamanı bir sıra insidentlər baş verib. Xüsusən də argentinalı yarımmüdafiəçi Leandro Paredes Hollandiya millisinin ehtiyat oyunçular skamyasına zərbə endirib. Bundan əlavə, Otamendi və Paredes matçda qalib gəldikdən sonra nalayiq davranışlar nümayiş etdiriblər.
Həmçinin, argentinalılar hakim Mateu Laosu tənqid ediblər. Onların fikrincə, o, səhvlər edib. Argentina millisinin kapitanı Lionel Messi də hakimin iş səviyyəsinin matçın yüksək statusuna uyğun gəlmədiyinə işarə edərək, hakimdən şikayətlənib.
FİFA-nın bu məsələ ilə bağlı yaxın vaxtlarda hökm çıxaracağı gözlənilir.
Qeyd edək ki, argentinalılar Qətərdə keçirilən dünya çempionatında hollandları penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəliblər. Əsas və əlavə vaxt heç-heçə başa çatıb - 2:2. Penaltilər seriyasında isə Argentina yığması daha güclü olub - 4:3.
Dekabrın 13-də Argentina millisi Xorvatiya yığması ilə qarşılaşacaq.
Gundelik-Baku.Org