2022-ci ilin “idman ulduzu” açıqlandı

2022-ci ilin “idman ulduzu” açıqlandı
PSJ və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi BBC-nin “ilin idman ulduzu” mükafatını qazanıb.
Bu mükafat “il ərzində dünya səhnəsində ən diqqətəlayiq idman uğuru əldə etmiş” idmançıya verilir.
35 yaşlı argentinalı 1960-cı ildən təqdim edilən mükafatı alan beşinci futbolçudur.
Messi karyerasında ilk dəfə bu mükafatı qazanıb.
Xatırladaq ki, Messi 2022-ci ildə Qətərdə baş tutan dünya çempionatında qalib gələn Argentina millisinin hücumçusu və kapitanı idi. Dünya çempionatı zamanı yeddi qol vuran forvard finalın və bütün turnirin ən yaxşı oyunçusu adını qazanıb.
Gundelik-Baku.Org