Barselona və PSJ-dən Messi ilə bağlı açıqlama

Barselona və PSJ-dən Messi ilə bağlı açıqlama
"Barselona" və PSJ klubları cari mövsümün sonu müqaviləsinin müddəti başa çatacaq Leo Messinin gələcəyi barədə danışıblar.
Kataloniya təmsilçisinin idman direktoru Yordi Kroyf La Liqanın maliyyə feyr-pley qaydalarına görə argentinalı ulduzun transferinin mümkünsüz olduğunu söyləyib:
"Messi üçün maliyyə feyr-pley qaydaları kimi bir çox problemli məsələlər var. Xəyal etmək pulsuzdur, lakin futbolçular pulsuz deyil. Bu, saədəcə Messiyə aid deyil. Ümumi olaraq, bütün transfer bazarı bu cürdür".
PSJ-nin prezidenti Nasser Əl-Xelaifi isə " Sky Sports"a açıqlamasında Messinin komandada qalmaq istədiyini deyib: 
"Dünya Kubokundan sonra danışacağımız barədə razılığa gəldik, lakin hər iki tərəf də məmnundur. PSJ-də xoşbəxtdir, bunu yığmanın heyətində dünya çempionatındakı çıxışından da görmək olar. Cari mövsüm bizim üçün əla keçir".
Qeyd edək ki, argentinalı ulduzun gələcəyi ilə bağlı qərarını DÇ-2022-dən sonra verəcəyi gözlənilir.
Gundelik-Baku.Org