Messi “Qızıl top” mükafatını qazanmağa ən real namizəddir

Messi “Qızıl top” mükafatını qazanmağa ən real namizəddir
“Goal” futbol saytında “Qızıl top” mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.
Hazırda Qətərdə keçirilən dünya çempionatında uğurlu çıxışı ilə yadda qalan Lionel Messi siyahıda birinci pillədə qərarlaşıb.
Onun PSJ-dəki komanda yoldaşı Kilian Mbappe ikinci, İngiltərə “Mançester Siti”sindən Erlinq Holand üçüncü sıradadır.
Siyahıda ilk beşliyi Neymar (PSJ, Fransa) və Robert Levandovski (“Barselona”) qapayırlar.
“Qızıl top” mükafatını 2022-ci ildə qazanan Kərim Benzema siyahıda sonuncu pillədə qərarlaşıb.
Gundelik-Baku.Org