Dembele "Barselona"nın tarixinə düşdü

Dembele "Barselona"nın tarixinə düşdü
La Liqanın XI turunda "Barselona"nın "Atletik"i (Bilbao) 4:0 hesabıyla  məğlub etdiyi oyun əlamətdarlığı ilə yadda qalıb.
Oyunun 12-ci dəqiqəsində hesabı açan Usman Dembele klubun tarixinə düşüb. Belə ki, 25 yaşlı hücumçunun vurduğu qol Kataloniya təmsilçisinin çempionatdakı 4000-ci qolu kimi qeydə alınıb.
Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir
Gundelik-Baku.Org