Pike karyerasını bitirdiyini açıqladı

Pike karyerasını bitirdiyini açıqladı
“Barselona”nın məşhur futbolçusu Jerard Pike karyerasını bitirmək niyyətində olduğunu açıqlayıb.
Pikenin sözlərinə görə, o, bütün mümkün nailiyyətləri əldə edib və artıq çıxışını başa vurmağın vaxtıdır.
“Son həftələr, aylar çoxları mənim haqqımda danışır. İndiyə qədər cavab verməmişəm. Amma indi danışacam. Bir çoxlarınız kimi mən də həmişə “Barsa” azarkeşi olmuşam. Mən futbol və “Barselona” azarkeşləri ailəsində doğulmuşam. Kiçik olanda futbolçu yox, məhz “Barsa” oyunçusu olmaq istəmişəm. Şənbə günü keçiriləcək matç mənim sonuncu oyunum olacaq. Daimi azarkeş olacam, komandanı dəstəkləyəcəm. Valideynlərim kimi mən də “Barsa”ya olan sevgimi övladlarıma ötürəcəm”, - deyə, Jerard qeyd edib.
Gundelik-Baku.Org