Ronaldo Portuqaliyadakı ən bahalı evi aldı

Ronaldo Portuqaliyadakı ən bahalı evi aldı
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo Portuqaliyada ev alıb. 
Bu barədə “The Sun” məlumat yayıb.
Lissabondan avtomobillə 40 dəqiqəlik məsafədə olan mülk 21 milyon avro dəyərində qiymətləndirilir ki, bu da onu ölkənin ən bahalı mülkü edir. Ronaldo 2720 metr sahəsi olan üç mərtəbəli malikanənin sahibi olub. Mənbənin sözlərinə görə, bu portuqaliyalının Lissabonun “Sportin” komandasına qayıtmaq istəyindən xəbər verir.
Oktyabrın 21-də “Mançester Yunayted” Ronaldonu klubun əsas komandası ilə oyunlardan və məşqlərdən uzaqlaşdırıb. Portuqaliyalının oktyabrın 19-da İngiltərə Premyer Liqasında "Tottenhem"lə görüş bitməmiş stadionu tərk etdiyi üçün bu qərarı komandanın baş məşqçisi Erik Ten Haq verib. Lakin oktyabrın 25-də futbolçu əsas komanda ilə məşqlərə qayıdıb.
Ronaldo “Sportinq”in yetirməsidir. Bu komandadan o, ilk dəfə 2003-cü ildə “Mançester Yunayted”ə keçib.
Gundelik-Baku.Org