XX əsrin əfsanəsinin evi ABŞ-da satılacaq

XX əsrin əfsanəsinin evi ABŞ-da satılacaq
ABŞ-da XX əsrin əfsanəsi kinoaktyor Frenk Sinatranın keçmiş malikanəsi satışa çıxarılıb. 
Obyekt üçün 10 milyon dollardan çox pul istənilib. 
Los-Ancelesdəki əmlak 12,75 milyon dollara satışa çıxarılıb ki, bu da ilkin qiymətindən 41 faiz ucuzdur. Hazırda Sinatranın evdə nə vaxt yaşadığı dəqiq məlum deyil. Lakin indiki sahibi 1998-ci ildə mülkü 1,54 milyon dollara alıb.
Malikanənin sahəsi 618 kvadratmetrdir. Saytda həmçinin 90-dan çox "kvadrat" olan qonaq evi, həmçinin hovuzlar və geniş terras var. Malikanənin interyeri ağ tonlarda hazırlanıb.
Gundelik-Baku.Org