Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub

Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin bombardirləri bəlli olub.
Fransa PSJ-sindən Mbappe və İngiltərənin “Liverpul” klubundan Məhəmməd Salah hərəyə 7 qolla ilk sıralarda qərarlaşıblar.
İngiltərə “Mançester Siti”sindən Erlinq Holand, İspaniya “Barselona”sından Robert Levandovski və Portuqaliya “Portu”sundan Mehdi Taremi 5 qolla yadda qalıblar.
Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü noyabrın 7-də atılacaq. Bu raundun ilk matçları 14, 15, 21 və 22 fevralda, cavab qarşılaşmaları isə 7, 8, 14 və 15 martda baş tutacaq.
Gundelik-Baku.Org